5 C
Baku
Bazar ertəsi, Dekabr 23, 2024
EvİqtisadiyyatAzərbaycanda 2050-ci ilədək “xalis sıfır emissiya” üçün böyük enerji tələbatı

Azərbaycanda 2050-ci ilədək “xalis sıfır emissiya” üçün böyük enerji tələbatı

Azərbaycanın 2050-ci ilə qədər “xalis sıfır emissiya” hədəfinə çatması üçün 40 meqavat/saatdan çox günəş və külək enerjisi tələb olunur. Daylinews-az xəbər verir ki, bu barədə energetika nazirinin müavini və COP29-un baş icraçı direktoru Elnur Soltanov oktyabrın 31-də Bakıda keçirilən “Gələcəyin sədaları: İqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi” mövzusunda 5-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda məlumat verib.

Elnur Soltanov qeyd edib ki, bu göstərici, Azərbaycanda mövcud enerji potensialının beş qatına bərabərdir. O, həmçinin vurğulayıb ki, 2050-ci ilə qədər Azərbaycanın elektrik enerjisi istehlakının 3 dəfə artaraq 89 teravat/saata çatması gözlənilir. Bu səbəbdən ölkənin enerji təhlükəsizliyini təmin etmək və iqlim dəyişikliklərinə uyğunlaşmaq üçün böyük həcmdə bərpa olunan enerji mənbələrinin istifadəsi vacibdir.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər