EvCəmiyyətSabah Azərbaycanda 30 dərəcə isti olacaq

Sabah Azərbaycanda 30 dərəcə isti olacaq

Azərbaycanda mayın 12-də havanın 30 dərəcəyədək yüksələcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində əsasən isti hava şəraiti müşahidə olunacaq.

Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında temperatur:

  • gecə 15-18° isti
  • gündüz 25-29° isti

Atmosfer təzyiqi 762 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz saatlarından bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi bəzi dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.

Rayonlarda temperatur:

  • gecə 14-18° isti
  • gündüz 25-30° isti
  • dağlarda gecə 5-10° isti
  • dağlarda gündüz 13-18° isti, bəzi yerlərdə 23-25° isti
Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər