EvKriminalBakıda dələduzluqda təqsirləndirilən şəxsə 11 il həbs cəzası verildi

Bakıda dələduzluqda təqsirləndirilən şəxsə 11 il həbs cəzası verildi

Bakıda külli miqdarda dələduzluqda təqsirləndirilən Kərim İbadov barəsində çıxarılan hökm qüvvəyə minib. Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə məhkəmə onu təqsirli bilərək 11 il müddətinə azadlıqdan məhrum edib.

İşə hakim Fəxri Məmmədovun sədrliyi ilə baxılıb. Məhkəmə araşdırmaları zamanı dövlət ittihamçısı Babaxan Həsənəliyev təqsirləndirilən şəxsə 13 il həbs cəzası verilməsini istəsə də, məhkəmə yekun qərarında 11 il azadlıqdan məhrumetmə cəzası təyin edib.

Cinayət işi materiallarına əsasən, Kərim İbadov zərərçəkmiş N.Məmmədovaya dəniz mənzərəli ev alacağını vəd edərək ondan 511 min 500 manat alıb. İttihama görə, o, götürdüyü vəsaitə baxmayaraq verdiyi vədi yerinə yetirməyib və həmin məbləği qaytarmayıb.

Məhz bu fakt əsasında onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) ilə cinayət işi başlanılıb və istintaq dövründə barəsində həbs qətimkan tədbiri seçilib.

Məhkəmə bütün sübutları və tərəflərin təqdim etdiyi materialları araşdırdıqdan sonra Kərim İbadovu təqsirli hesab edərək 11 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər