22 C
Baku
Cümə, Sentyabr 27, 2024
EvSiyasətPrezident İlham Əliyev Səudiyyə Ərəbistanının İnvestisiyalar naziri ilə görüşüb

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının İnvestisiyalar naziri ilə görüşüb

Sentyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının investisiyalar naziri, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Birgə Komissiyanın həmsədri Xalid bin Əbdüləziz əl-Falih ilə görüşüb.

APA-nın verdiyi məlumata görə, Xalid bin Əbdüləziz əl-Falih görüş zamanı Səudiyyə Ərəbistanının ali rəhbərliyinin salamlarını Prezident İlham Əliyevə çatdırıb. Prezident İlham Əliyev öz növbəsində salamlar üçün təşəkkür edib və Səudiyyə Ərəbistanının ali rəhbərliyinə öz salamlarını çatdırmağı xahiş edib.

Xalid bin Əbdüləziz əl-Falih Azərbaycana əvvəlki səfərlərini və Prezident İlham Əliyevlə görüşlərini məmnuniyyətlə xatırladığını bildirib.

Görüş zamanı iki ölkə arasında əməkdaşlığın inkişafı, xüsusilə enerji sahəsindəki əlaqələr müzakirə olunub. Səudiyyə Ərəbistanının Acwa Power şirkətinin fəaliyyəti xüsusi vurğulanıb. Hazırda Azərbaycanda və regionda inşa edilən ən böyük külək elektrik stansiyasının tikintisi davam edir və stansiyanın gələn ilin sonuna qədər istismara verilməsi planlaşdırılır.

Bundan əlavə, Acwa Power və Azərbaycan Energetika Nazirliyi arasında bağlanmış 200 meqavat gücündə ilk dəfə Azərbaycanda enerji yığma sistemlərinin yaradılması ilə bağlı razılaşma əsasında işlərin görüldüyü və bu işlərin COP29-a qədər başa çatdırılacağı qeyd edilib.

Görüşdə həmçinin Acwa Power şirkətinin Azərbaycandan Avropaya yaşıl enerjinin ixracı sahəsində əməkdaşlıqda maraqlı olduğu bildirilib. Bu kontekstdə, Xəzər dənizi üzərində həyata keçirilən külək enerjisi layihələri çərçivəsində gələcəkdə yaşıl enerji ixracının təmin edilməsində bu layihələrin mühüm rol oynayacağı vurğulanıb.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər