9 C
Baku
Bazar ertəsi, Dekabr 23, 2024
EvİdmanParis-2024. Zəkiyev Paralimpiya Oyunlarında beşinci medalını qazandı

Paris-2024. Zəkiyev Paralimpiya Oyunlarında beşinci medalını qazandı

Daylinews-az.com-un məlumatına görə, bu gün Azərbaycan paralimpiya yığmasının paracüdoçuları tatami üzərinə çıxıblar.

Ən titullu idmançılarımızdan biri olan İlham Zəkiyev (+90 kq, J1), daha əvvəlki Paralimpiya Oyunlarında 4 medal (2 qızıl, 2 bürünc) qazanmışdı. Bu dəfə Zəkiyev yarışa dörddəbir final mərhələsindən başlayıb və burada fransalı rəqibinə məğlub olub. Lakin təsəlliverici görüşdə qələbə qazanan Zəkiyev, bürünc medal uğrunda monqolustanlı rəqibinə qalib gələrək beşinci medalını əldə edib.

Xatırladaq ki, İlham Zəkiyev daha əvvəl Afina-2004 və Pekin-2008-də qızıl, London-2012 və Tokio-2020-də isə bürünc medallar qazanmışdı.

Tokio-2020 Paralimpiya Oyunlarının çempionu Dürsədəf Kərimova (+70 kq, J2) isə bu dəfə yarışa uğursuz start verib. O, dörddəbir finalda braziliyalı rəqibinə məğlub olub. Lakin təsəlliverici görüşdə fransalı rəqibini məğlub edən Kərimova, bürünc medal uğrunda görüşdə Çin idmançısına məğlub olaraq medal şansını əldən verib.

Tatami üzərinə ilk çıxan idmançımız Xatira İsmieva (+70 kq, J1) olub. O, 1/8 finalda BƏƏ təmsilçisinə qalib gəlib, lakin dörddəbir finalda Türkiyə idmançısına məğlub olub. İlk təsəlliverici görüşdə rəqibi qarşılaşmaya çıxmadığı üçün İsmieva növbəti mərhələyə keçib, lakin bürünc medal uğrunda ABŞ təmsilçisinə məğlub olub.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər