Bakıda istismar müddəti bitmiş təxminən 2 000 lift yeniləri ilə əvəz olunacaq.
Daylinews-Az-ın məlumatına görə, bu barədə Lifttəmir İstehsalat Birliyinin direktoru Xalid Ələkbərov jurnalistlərə açıqlama verib.
Ələkbərov bildirib ki, yenilənmə əsasən köhnə binaları əhatə edəcək:
- “Dövlət proqramına uyğun olaraq, Bakıdakı köhnə binalarda, bizim xidmətimizdə olan liftlər yenilənəcək. Son dörd il ərzində 1 206 yeni lift quraşdırılıb və istismara verilib. Hazırda Lifttəmir 5 400 lifti xidmət göstərir.”
O, həmçinin son zamanlar lift qəzalarının artması ilə bağlı xəbərlərə münasibət bildirib:
- “Xidmətimizdə olan liftlərdə mütəmadi olaraq monitorinqlər aparılır. Bizim nəzarətimizdə olan liftlərin konstruksiyalarında hər hansı qəza halları qeydə alınmayıb.”





