2025-ci ilin əvvəlindən qüvvəyə minən yeni sosial islahat paketi çərçivəsində gələn ay bütün pensiyalar artırılmış məbləğdə ödəniləcək.
Daylinews-Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiya iclasında elan edilib.
Pensiya artımı iki istiqamətdə həyata keçiriləcək:
- İlkin indeksasiya: 2025-ci ilin əvvəlindən pensiyalar indeksləşdiriləcək.
- Minimum məbləğin artırılması: 320 manatdan az olan pensiyalar fevralın 1-dən etibarən bu məbləğə çatdırılacaq.





