EvİdmanKriştianu Ronaldu özünü futbol tarixinin ən yaxşı oyunçusu adlandırdı

Kriştianu Ronaldu özünü futbol tarixinin ən yaxşı oyunçusu adlandırdı

Beşqat “Qızıl top” sahibi Kriştianu Ronaldu özünü dünya futbolunun tarixində ən mükəmməl oyunçu hesab edir.

Daylinews-Az xəbər verir ki, portuqaliyalı ulduz bu fikirləri La Sexta telekanalına verdiyi müsahibədə səsləndirib:

“Mən düşünürəm ki, indiyə qədər mövcud olmuş ən mükəmməl oyunçuyam. Futbolun bütün aspektlərində güclüyəm – başla yaxşı oynayıram, cərimə zərbələrini dəqiq yerinə yetirirəm, hər iki ayağımla vururam, fiziki cəhətdən qüvvətliyəm. Kriştianunun qeyri-kamilliyi barədə deyilənlər yalandır, çünki mən ən mükəmməl futbolçuyam. Ürəkdən deyirəm ki, özümlə müqayisə edəcəyim heç kimi görməmişəm”, – deyə Ronaldu bildirib.

39 yaşlı hücumçu 2023-cü ildən Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir. Onun hazırkı müqaviləsi 2025-ci ilin iyun ayında başa çatacaq. Cari mövsümdə Ronaldu 25 oyunda 23 qol vurub və 4 qol ötürməsi edib.

Portuqaliyalı ulduz 5 dəfə UEFA Çempionlar Liqasını, Avropa çempionatını və Millətlər Liqasını qazanıb. O, milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası və klub dünya çempionatlarının tarixində ən çox qol vuran futbolçudur. Ronaldu rəsmi oyunlarda 900 qola çatan ilk futbolçu olub və beş dəfə “Qızıl top” mükafatını qazanıb.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər