Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölkədə unun son topdansatış qiymətləri barədə məlumat yayıb.
Rəsmi açıqlamaya görə, 30 yanvar tarixindən etibarən 50 kq-lıq un kisəsinin topdansatış qiymətləri 26.50-28.20 manat arasında dəyişir. Əvvəlki dövrdə bu göstərici 26-28.20 manat idi.
Ölkədə ən ucuz un Dəvəçi-Taxıl MMC tərəfindən istehsal olunur və qiyməti 26.50 manat təşkil edir. Ən bahalı un isə Azeri-Arapoğlu U.S. və T.LTD şirkətləri tərəfindən istehsal edilir və 28.20 manata satılır.
Dəvəçi-Taxıl MMC-nin istehsal etdiyi unun qiymətində 50 qəpik artım qeydə alınıb.
10 fevral 2025-ci il tarixinə Azərbaycanda un istehsalçılarının müəyyən etdiyi topdansatış qiymətlər:
- ATS MİLL MMC – 27.20 manat (+10 qəpik)
- Anadoluqida MMC – 27.40 manat (+25 qəpik)
- AVETA MMC – 27.30 manat (+15 qəpik)
- KARAT HOLDİNQ MMC – 27.30-27.40 manat (+15 qəpik)
- Dəvəçi-Dəyirman MMC – 26.80 manat (+20 qəpik)
- Gəncə Dəyirman MMC – 27.60 manat (+25 qəpik)
- NEON firması – 27.85 manat (+25 qəpik)
- Nural MMC – 28.10 manat (+40 qəpik)
- Qarabağ un MMC – 26.90 manat (+10 qəpik)
- Hazartürk LTD MMC – 27 manat
- Sünbül 2012 MMC, Avrora MMC, Taxıl AQRO MMC – 27.30 manat (+30 qəpik)
- SKY AGRO MMC, Bakı Taxıl Terminalı MMC – 27.10 manat (+5 qəpik)
- Səma fərdi firması, PAK-NUR firması, Nadir Quliyev adına Bakı-Taxıl ASC, Karmen, Orxan UN, Xırman, Dəniz un sənayesi LTD MMC – 27.30 manat (+25 qəpik)





