Müğənni Dəniz Asadova məhkəmə iclasına gəlmədiyi üçün yenidən axtarışa verilib.
Daylinews-Az xəbər verir ki, Report-a istinadən Binəqədi Rayon Məhkəməsində müğənninin vəkili Asim Abbasovun vəsatəti əsasında bu qərar qəbul edilib.
Məlumata görə, Dəniz Asadova cinayət işi üzrə təqsirləndirilən şəxsdir və məhkəmədə müttəhim qismində iştirak etməli idi.
Qeyd edək ki, bundan əvvəl də Binəqədi Rayon Məhkəməsi onun barəsində axtarış qərarı çıxarmışdı. Bundan əlavə, müğənni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) ilə məhkum olunub və vətəndaşlara böhtan atmaqda da ittiham edilib.
Hazırda Binəqədi Rayon Məhkəməsində Dəniz Asadovanın təqsirləndirildiyi dörd ayrı cinayət işi icraata götürülüb.





