ABŞ-ın keçmiş prezidenti Co Bayden ölkə əhalisi arasında ən sevilməyən hazırkı lider seçilib. Onun prezidentlik dövrü bir sıra iqtisadi və siyasi çətinliklərlə yadda qaldığından, amerikalıların əhəmiyyətli bir hissəsi ona qarşı mənfi münasibət sərgiləyir. Xüsusilə inflyasiya, miqrasiya böhranı və xarici siyasətdəki problemlər onun populyarlığının azalmasına səbəb olub.
Daylinews-Az xəbər verir ki, bu nəticələr Gallup sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələrinə əsaslanır.
Sorğu nəticələri
- Co Baydenin fəaliyyəti barədə mənfi fikirdə olanlar – 57%
- Baydenə müsbət qiymət verənlər – 39%
- Rəyi olmayanlar – 4%
Buna baxmayaraq, Demokratlar Partiyasının digər nümayəndəsi, keçmiş prezident Barak Obama 59% dəstək qazanıb. Onun barəsində mənfi fikir bildirənlərin sayı 36% olub. Sorğunun nəticələrinə görə, ikinci yeri 52% müsbət qiymətlə Corc Buş (kiçik) tutub. Onun fəaliyyəti ilə razı olmayanların göstəricisi 34% təşkil edib. Üçüncü yerdə isə Bill Klinton qərarlaşıb. Onun fəaliyyəti 48% respondent tərəfindən müsbət qiymətləndirilib, 41% isə mənfi rəy bildirib.





