EvSağlamlıqPopulyar arıqlama dərmanı korluğa səbəb ola bilər

Populyar arıqlama dərmanı korluğa səbəb ola bilər

Məşhur diabet müalicə vasitəsi olan “Ozempiq” gözlər üçün ciddi təhlükə yarada bilər. Son araşdırmalara görə, bu dərman qan dövranını pozaraq göz iltihabına və hətta tam görmə itkisinə səbəb ola bilər.

Daily Mail nəşrinin məlumatına görə, ABŞ-da arıqlama dərmanları qəbul edən insanların göz problemləri ilə bağlı həkimlərə müraciəti xeyli artıb. Alimlər bu preparatların istifadəsi ilə nadir göz xəstəliklərinin yaranması arasında əlaqə ola biləcəyini müəyyən ediblər. Xüsusilə, “Ozempiq”, “Veqovi”“Mauncaro” dərmanlarının görmə pozuntularına, qanaxmalara və hətta tam korluğa səbəb ola biləcəyi bildirilir.

Araşdırmalar nə göstərdi?

  • Bu dərmanların əsas aktiv maddələri semaglutidtirzepatid adlanan GLP-1 reseptor agonistləridir.
  • Onlar qanda şəkər səviyyəsini tənzimləməyə və iştahanı azaltmağa kömək edir.
  • Arıqlama effekti ilə populyarlıq qazanan bu preparatlar nadir, lakin ciddi yan təsirlərə səbəb ola bilər.

JAMA Ophthalmology jurnalında yayımlanan araşdırmada, bu dərmanları qəbul edən 37-77 yaş arası 9 pasiyentin göz problemləri yaşadığı qeyd olunub. Onlardan biri – 50 yaşlı qadın, birinci inyeksiyadan cəmi bir gün sonra sol gözünün görmə qabiliyyətini itirib. Müalicəyə fasilə verdikdən və yenidən başladıqdan sonra isə eyni problem sağ gözündə yaranıb.

Bəzi xəstələr dərmanı qəbul etdikdən sonra görmə sahəsində kölgələrtorlu qişada qanaxmalar hiss etdiklərini bildiriblər. Bununla belə, 3 nəfərdə dərmandan imtina etdikdən bir neçə ay sonra görmə tam bərpa olunub.

İstehsalçılar ittihamları rədd edir

“Ozempiq”in istehsalçıları – Novo NordiskEli Lilly şirkətləri, bu dərmanların görmə qabiliyyətinə mənfi təsir etdiyini sübut edən dəqiq elmi əsasların olmadığını bildiriblər. Onların sözlərinə görə, bu preparatların təhlükəsizliyi daim nəzarətdə saxlanılır və hər hansı birbaşa əlaqə hələ ki, sübuta yetirilməyib.

Bununla belə, “Ozempiq”ə qarşı məhkəmə iddiaları artıq çoxdur. Əvvəllər də bu dərmanın diş tökülməsi, ağır mədə-bağırsaq problemləri və hətta gözlənilməz hamiləlik kimi yan təsirlərə səbəb ola biləcəyi bildirilmişdi.

Məşhurların sirri və siyasətçilərin fikri

Əvvəlcə yalnız diabet xəstələrinin müalicəsi üçün nəzərdə tutulmuş bu dərman, iştahanı azaltma xüsusiyyəti sayəsində tez bir zamanda arıqlamaq istəyən sağlam insanlar arasında populyarlaşdı. Bir çox məşhur və ictimai xadimin kəskin çəki itirməsinin məhz bu dərmanla əlaqəli olduğu iddia edilir. Onların arasında İlon Mask, Kristina Aqilera, Opra Uinfri, Lizzo və başqaları var.

Bu mövzuda müzakirələr davam edərkən, ABŞ-ın yeni vitse-prezidenti Cey Di Vens öz şəxsi təcrübəsini bölüşüb. O bildirib ki, arıqlamağın “təbii alternativi” mövcuddur. Onun fikrincə, heç bir dərmana ehtiyac olmadan tez çəki atmağın yolu ABŞ Dəniz Piyadaları Korpusuna qoşulmaqdır.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər