24 C
Baku
Cümə, Sentyabr 27, 2024
EvİdmanŞarl Lekler Piastrinin Azərbaycan Qran-prisində qələbəni haqq etdiyini bildirib

Şarl Lekler Piastrinin Azərbaycan Qran-prisində qələbəni haqq etdiyini bildirib

“McLaren” komandasının pilotu Oskar Piastri gözəl performans nümayiş etdirərək layiqli qələbə qazandı.

“Report”un verdiyi məlumata görə, bu fikri Azərbaycan Qran-prisində ikinci yeri tutan “Ferrari” sürücüsü Şarl Lekler səsləndirib.

26 yaşlı sürücü Bakıdakı yarışın sonuna yaxın bolidinin təkərlərində problemlər yarandığını qeyd edib:

“Oskar məni ötdükdə, onu geri ötəcəyimi düşündüm. Amma bu çox çətin idi. “McLaren” bolidi düz yollarda çox sürətli idi və mən istədiyim qədər yaxınlaşa bilmədim. Müdafiə edə bilməyəndə məğlubiyyəti qəbul edirsən. Ancaq mən bu səhvlərimdən dərs çıxaracağam.”

Qeyd edək ki, “McLaren” pilotu Oskar Piastri Azərbaycan Qran-prisinin qalibi olub.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər