Azərbaycan və İranın kənd təsərrüfatı nazirləri, iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığı gücləndirmək məqsədilə müştərək komitənin yaradılması barədə razılığa gəliblər. Bu barədə məlumatı “Azad İran” “Telegram” kanalı yayıb.
İranın kənd təsərrüfatı naziri Qulamrza Nuri Qızılca və azərbaycanlı həmkarı Məcnun Məmmədov arasında baş tutan telefon danışığında, komitənin yaradılmasının hər iki ölkə üçün mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Tərəflər, bu addımın kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişlənməsinə və aqrar məhsulların ticarətinin inkişafına böyük təkan verəcəyini bildiriblər.
Yeni komitənin yaxın bir ay ərzində təsis olunacağı gözlənilir. Bu təşəbbüs çərçivəsində kənd təsərrüfatı məhsullarının istehsalı, idxalı və ixracı, həmçinin aqrar texnologiyaların mübadiləsi kimi sahələrdə geniş miqyaslı əməkdaşlıq nəzərdə tutulur.





