EvŞou-biznesAlsu bakılı ərindən boşandıqdan sonra psixoloqa müraciət edib

Alsu bakılı ərindən boşandıqdan sonra psixoloqa müraciət edib

Məşhur rusiyalı müğənni Alsu, bakılı iş adamı Yan Abramov ilə boşandıqdan sonra ağır psixoloji vəziyyətə düşdüyünü və bununla əlaqədar olaraq psixoloqa müraciət etdiyini açıqlayıb. Sənətçi bu barədə “Psychologies” jurnalına verdiyi müsahibədə danışıb.

“Səhər tam apatiya içində oyanırdım, heç nə etmək istəmirdim. Nə işləmək, nə oxumaq, nə də övladlarımla vaxt keçirmək istəyirdim. Psixoloqa getdim və onun köməyi ilə demək olar ki, dərhal özümü dəyərləndirəcək və hörmət edəcək səbəblərimi xatırlamağa başladım,” – deyə Alsu bildirib.

Müğənni qeyd edib ki, son bir il ərzində o, çox çətin emosional vəziyyətdən çıxmalı olub və həyatda ən dibdən yenidən ayağa qalxmalı idi. O, dağılmış ailəsinə görə məsuliyyətdən qaçmadığını və bəzi məqamlarda özünü düzgün aparmadığını etiraf edib.

Bu arada, Moskvada AlsuYan Abramov arasında əmlak bölgüsü ilə bağlı məhkəmə prosesi davam edir. İş adamının nümayəndəsi Aleksandr Dobrovinski, aif.ru-ya verdiyi açıqlamada bildirib ki, müğənnini növbəti məhkəmə iclasında gözlənilməz sürprizlər gözləyir.

Əlaqəli Məqalələr

Populyar Xəbərlər