6 mart, mübarək Ramazan ayının altıncı günündə, imsak (sühur) vaxtı 05:41-də olacaq. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən elan edilən təqvimə əsasən, iftar vaxtı isə 18:52-dədir.
Namaz vaxtları (6 mart)
- Sübh azanı: 05:46
- Zöhr azanı: 12:52
- Əsr azanı: 16:54
- Məğrib azanı (iftar): 18:52
- İşa azanı: 19:53
İmsak vaxtı oxunan dua
“Allahummə lə təxzülni fihi litaarrudi məasiətik, və lə tədhribni bisəyyiəti nəqimətik. Vəzəhizni fihi min mücibati sahatik, bimanikə və əyadikə ya muntəha rəğbətir rəğibin.”
Tərcüməsi:
“Ey Allah! Bu gün məni günahların rüsvayçılığından qoruyub saxla! Məni intiqam qamçısı ilə cəzalandırma! Və bu gün Sənin qəzəbinə səbəb olacaq əməllərdən uzaqlaşdır! Ey bütün arzuların son məqsədi olan Rəbbim, Sənin lütfünə sığınıram!”
İftar vaxtı oxunan dua
“Allahummə ləkə sumtu və əla rizqikə əftartu və əleykə təvəkkəltu. Bismillahir-Rahmənir-Rahim. Ya vasiəl-mağfirəti iğfirli.”
Tərcüməsi:
“Ey Allah! Mən yalnız Sənin rizan üçün oruc tutdum, Sənə inandım və yalnız Sənə güvəndim. Sənin göndərdiyin ruzi ilə iftar açıram. Ey bağışlayan Allah, məni əfv et!”
Allah orucunuzu qəbul etsin!





