Bu gün Bakının Binəqədi rayonunda, Koroğlu və Əcəmi Naxçıvani küçələrinin kəsişməsində, dövlət dəstəyi ilə KOB bazar yarmarkası fəaliyyətə başlayıb. Daylinews-Az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.
KOB bazarda nə təqdim olunur?
- Tədbirdə təxminən 50 fermer və istehsalçı iştirak edir.
- Burada Abşeron və ölkənin digər bölgələrində istehsal olunan kənd təsərrüfatı və qida məhsulları sərgilənir.
- KOB bazar istehsalçılardan birbaşa, təzə və keyfiyyətli məhsulları sərfəli qiymətlərlə almaq imkanı yaradır.
İş rejimi
- Novruz və Ramazan bayramları günlərində yarmarka hər gün fəaliyyət göstərəcək.
- Digər günlərdə isə yalnız həftəsonları açıq olacaq.





