Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) U-21 milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərin qısa siyahısını müəyyənləşdirib. Daylinews-Az xəbər verir ki, siyahıda dörd mütəxəssis yer alıb. Onlardan üçü hazırda Misli Premyer Liqasında baş məşqçi kimi fəaliyyət göstərir:
- Elmar Baxşıyev (“Araz-Naxçıvan”)
- Ayxan Abbasov (“Şamaxı”)
- Azər Bağırov (“Kəpəz”)
Bundan əlavə, UEFA-nın məşqçilik kurslarının təlimçisi Arif Əsədov da baş məşqçi postuna namizədlər arasındadır. Son qərar AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasında veriləcək.





