Məşhur azərbaycanlı aktrisa Nesrin Cavadzadə və türkiyəli aktyor Pamir Pekin sevgili olublar. Bu barədə Haber Global məlumat yayıb.
Ekran dostluğu sevgiyə çevrildi
Hazırda Cavadzadə və Pekin “Sandık Kokusu” (Sandığın qoxusu) serialında baş rolları – Ayça və Hakan obrazlarını canlandırırlar. Çəkilişlər zamanı yaxın dost olan aktyorlar arasında zamanla romantik münasibət yaranıb.
Pamir Pekin sosial şəbəkə hesabında Nesrin Cavadzadə ilə birgə şəkillər paylaşaraq münasibətlərini rəsmi olaraq elan edib.
Pərəstişkarları münasibəti bəyəndi
42 yaşlı Nesrin Cavadzadə və 46 yaşlı Pamir Pekinin sevgili olması tamaşaçılar tərəfindən müsbət qarşılanıb. Onların çox uyğun bir cütlük olduğu qeyd olunub və pərəstişkarları münasibətə dəstək verib.





