EvSiyasətAleksandr Lukaşenko yeddinci dəfə Belarus prezidenti vəzifəsinə başladı

Aleksandr Lukaşenko yeddinci dəfə Belarus prezidenti vəzifəsinə başladı

Belarusda 26 yanvar 2025-ci il tarixində keçirilmiş prezident seçkilərində qalib gələn Aleksandr Lukaşenko bu gün rəsmi olaraq prezident səlahiyyətlərinin icrasına başlayıb. O, ölkənin ali vəzifəsinə ardıcıl yeddinci dəfə seçilib.

Daylinews-Az-ın BelTA agentliyinə istinadla verdiyi məlumata görə, prezidentin andiçmə mərasimi Minskdəki Müstəqillik Sarayında baş tutub. Tədbirdə ölkənin rəhbər şəxsləri, dövlət rəsmiləri və çoxsaylı qonaqlar iştirak ediblər.

Rəsmi mərasim zamanı Lukaşenko sağ əlini Belarus Konstitusiyasına qoyaraq, belarus dilində and içib. O, xalqa sədaqətlə xidmət etməyə, vətəndaşların hüquq və azadlıqlarına hörmətlə yanaşmağa və ölkənin əsas qanununu qorumağa söz verib.

Daha sonra o, prezident səlahiyyətlərinin rəsmi icrasına başlandığını təsdiqləyən sənədə – Vəzifəyə Başlama Aktına imza atıb. Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenko ona prezident vəsiqəsini təqdim edib.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər