2025-ci ilin may istirahət günləri yaxınlaşdıqca Rusiya vətəndaşları arasında səyahət planlaşdıranların sayı xeyli artıb. Xarici ölkələrə erkən aviabilet sifarişləri ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfədən çox yüksəlib.
Ozon Travel platformasında artıq 700-dən çox beynəlxalq marşrut aktivdir. Rusiya vətəndaşlarının ən çox maraq göstərdiyi istiqamətlər arasında Türkiyə, Ermənistan və Azərbaycan ön sıradadır.
Bu il bəzi şəhərlərə maraq diqqətçəkici dərəcədə artıb:
- Daşkənd – sifarişlər 5 dəfə çoxalıb
- Minsk – maraq 6 dəfə yüksəlib
- Osaka, Səmərqənd və Banqkok – bu şəhərlərə tələb 2.5-3 dəfə artıb
Bununla yanaşı, ölkə daxilində də turizm canlanmaqdadır. Rusiyadakı daxili uçuşlara olan tələb 75%-dən çox artıb. Eyni zamanda, orta aviabilet qiymətlərində də 10%-lik bahalaşma müşahidə olunur.
Rus turistlərin seçimləri göstərir ki, həm yaxın, həm də uzaq istiqamətlərdə yerləşən ölkələr, xüsusən də Azərbaycan, bu yaz çoxsaylı qonaq qəbul edəcək.





