Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, 11 aprel tarixində Bakı və Abşeron yarımadasında dəyişkən buludlu, ara-sıra tutqun hava müşahidə olunacaq. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Gün ərzində əsən güclü şimal-qərb küləyi, günorta saatlarından etibarən mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə saatlarında 6-8° isti, gündüz 10-13° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm-ə qədər yüksələcək. Nisbi rütubət 70-80% təşkil edəcək.
Bölgələrdə də hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir. Gecə və səhər bəzi ərazilərdə yağış, şimşək, dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur. Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış və dolu düşə bilər. Duman müşahidə olunacaq, qərb küləyi isə bəzi bölgələrdə arabir güclənəcək.
Temperatur göstəriciləri:
- Aran rayonlarında: gecə 7-10°, gündüz 11-15° isti
- Dağlıq ərazilərdə: gecə 0-4°, gündüz 4-7° isti





