EvDünyaLoren Sançes və Katy Perry kosmosa uçuş öncəsi hazırlıqlarını paylaşdılar

Loren Sançes və Katy Perry kosmosa uçuş öncəsi hazırlıqlarını paylaşdılar

Amazon-un təsisçisi Ceff Bezosun nişanlısı Loren Sançes və məşhur müğənni Katy Perry bu gün Texasda baş tutacaq ilk kosmik səyahətlərinə hazır olduqlarını bəyan etdilər. Qadınlardan ibarət ekipajla həyata keçiriləcək bu tarixi uçuş saat 15:00-da başlayacaq və birbaşa yayımlanacaq.

“Arzum gerçəyə çevrilir” – Katy Perry

İnstaqramda paylaşım edən Katy Perry hisslərini belə ifadə edib:

“15 ildir bu anı xəyal edirdim və indi bu arzu gerçəkləşir. Beş inanılmaz və ilhamverici qadınla birlikdə ilk qadın ekipajın bir hissəsi olmaq mənim üçün böyük şərəfdir.”

blueorigin

Ekipajın tərkibi və missiyanın detalları

Jeff Bezosun kosmik şirkəti Blue Origin, New Shepard proqramı çərçivəsində 11-ci uçuşu həyata keçirir. Bu dəfə heyətdə yalnız qadınlar yer alıb:

  • Loren Sançes (missiyanın təşkilatçısı)
  • Katy Perry
  • Televiziya aparıcısı Geyl King
  • Keçmiş NASA mühəndisi Aişa Bou
  • Elm əməkdaşı Amanda Nquyen
  • Prodüser Keriann Flinn

Uçuşun ümumi müddəti 11 dəqiqə olacaq və bu, Valentina Tereşkovanın 1963-cü ildəki tək uçuşundan sonra ilk tam qadın ekipajlı missiya kimi tarixə düşəcək.

Dizayn və hazırlıqlar

Kosmik kostyumların dizaynı Loren Sançes və Oscar de la Renta brendinin yaradıcı direktorları tərəfindən hazırlanıb. Ekipaj uçuş üçün Kim Kardashian brendinə məxsus Skims alt geyimlərini seçib. Sançes daha öncə bəyan etmişdi ki, o, uçuş zamanı makiyaj və kirpik əlavələri ilə olacaq.

Bezosdan toy hədiyyəsi?

Uçuşun həm də Jeff Bezosun Loren Sançesə planlaşdırılan toyu öncəsi sürprizi olduğu güman edilir. Bezos özü 2021-ci ildə Blue Origin-in ilk insanlı uçuşunda iştirak etmişdi.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər