EvKriminalABŞ-da yeniyetmə valideynlərini qətlə yetirib, Trampı öldürməyi və Ukraynaya qaçmağı planlaşdırıb

ABŞ-da yeniyetmə valideynlərini qətlə yetirib, Trampı öldürməyi və Ukraynaya qaçmağı planlaşdırıb

ABŞ-da 17 yaşlı yeniyetmə oğlan valideynlərini öldürdükdən sonra ölkə rəhbərliyinə qarşı hücum planlaşdırıb. CNN və Independent-in Federal Təhqiqat Bürosuna (FTB) istinadən verdiyi məlumata görə, gənc Nikita Kasap sabiq prezident Donald Trampın qətlə yetirilməsini və ABŞ hökumətinin devrilməsini istəyib.

Qətl və gizlənmə detalları

Hadisə yerində tapılan mesajlara əsasən, Kasap Trampın öldürülməsi və ölkədə siyasi çevrilişin həyata keçirilməsi üçün çağırışlar edib. Onun anası Tatyana Kasap və ögey atası Donald Mayer yaşadıqları evdə ölü tapılıblar. Ananın qarın və boyun nahiyəsində, ögey atanın isə başında güllə yaraları aşkarlanıb. Hüquq-mühafizə orqanlarına görə, qətl fevralın 11-də törədilib.

Kasap təxminən iki həftə cəsədlərlə eyni evdə yaşayıb. Fevralın 23-də isə o, valideynlərinə məxsus avtomobili götürərək evdən qaçıb. Onunla birlikdə evdəki bütün nağd pullar və zinət əşyaları da yoxa çıxıb.

Manifest və ekstremist planlar

Prokurorluq bildirir ki, Kasap siyasi terror aktları planlaşdırdığı barədə manifest yazıb. Sənəddə siyasi çevrilişin təşkili və ağ irqinin üstünlüyünün təsis edilməsi məqsəd kimi göstərilib.

Beynəlxalq əlaqələr və qaçış planı

Təhqiqat zamanı Kasapın bir sinif yoldaşı bildirib ki, o, Telegram üzərindən Rusiyada olan bir şəxslə yazışıb və birgə şəkildə Trampı öldürmək və hökuməti devirmək planı qurublar. Gənc Moldoavadan gəlib və Trampı öldürdükdən sonra Ukraynaya qaçmağı düşünürmüş.

Telegram yazışmalarından birində o, belə sual verir: “Əgər Ukraynaya getsəm, normal bir həyat yaşaya bilərəmmi? Hətta mənim bu cinayəti etdiyimi bilsələr belə?”

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər