Portuqaliyalı hücumçu Kriştianu Ronaldu sosial şəbəkələrdə aldığı hədələrdən sonra şəxsi təhlükəsizliyini gücləndirmək qərarına gəlib. “Marca” nəşrinin məlumatına görə, söhbət “Əl-Nəsr” klubunun futbolçusuna və ailəsinə qarşı oğurluq və şantaj hədələri edən qrupdan gedir.
Təhlükə səbəbilə yeni mühafizəçi
Ronaldu özünün və ailəsinin təhlükəsizliyini təmin etmək üçün yüksək hazırlıqlı şəxsi mühafizəçi tutub. Bu şəxs – Klaudio Miqel Vyaz – keçmiş portuqaliyalı hərbçidir və yüksək riskli əməliyyatlarda iştirak təcrübəsinə malikdir. Onun bu sahədəki peşəkarlığı Ronauldu üçün mükəmməl seçim sayılır.
Futbolçunun hazırkı durumu
Kriştianu Ronaldu 2022-ci ilin sonlarında Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna transfer olunub. 2024/25 mövsümündə 40 yaşlı futbolçu bütün turnirlərdə 35 matçda iştirak edib, 32 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla olan müqaviləsi 2025-ci ilin yayına qədər qüvvədədir.





