Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas 25 aprel tarixində Azərbaycana rəsmi səfər edəcək. Bu barədə Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Səfər çərçivəsində Kallasın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü nəzərdə tutulur. Həmçinin Avropa İttifaqının ali rəsmisi xarici işlər naziri Ceyhun Bayramovla da müzakirələr aparacaq.
Rəsmi görüşlərdən sonra tərəflər mətbuat üçün bəyanatla çıxış edəcəklər. Günün ikinci yarısında Kaya Kallasın Avropanın gənc səfirləri ilə ayrıca bir görüş keçirməsi planlaşdırılır.





