Azərbaycanda bir sıra məktəbəqədər təhsil müəssisələrində genişmiqyaslı təmir və abadlıq işləri həyata keçiriləcək. İşlər həmçinin kommunal və kommunikasiya təminatı sahələrini də əhatə edəcək.
Təmir işlərinə başlanılıb
Daylinews-az.com xəbər verir ki, bu məqsədlə Azərbaycan Elm və Təhsil Nazirliyinin Kapital Tikinti və Təchizat İdarəsi tərəfindən müvafiq tədbirlərə artıq start verilib.
Hansı bağçalarda təmir olacaq?
Hazırda təmir işlərinin hansı uşaq bağçalarında aparılacağı açıqlanmır. Lakin ümumi layihənin 9,8 milyon manata başa gələcəyi proqnozlaşdırılır.
Podratçı axtarışı
Nazirlik bildirir ki, hal-hazırda təmir və abadlıq işlərini yerinə yetirəcək podratçı şirkətin seçilməsi istiqamətində axtarışlar davam etdirilir.





