19 may tarixində Bakıda yerləşən Milli Gimnastika Arenasında futbolsevərləri nostalji dolu axşam gözləyir. Azərbaycan Mini-Futbol Federasiyasının (AMF) təşkilatçılığı ilə ölkə futbol tarixinin tanınmış simaları “Legends Cup” adlı yoldaşlıq matçında üz-üzə gələcək.
AMF-in mətbuat xidmətinə istinadən daylinews-az.com xəbər verir ki, bu simvolik qarşılaşmada “Neftçi-2000” komandasının sabiq oyunçuları ilə Premyer Liqa komandalarının keçmiş və hazırkı məşqçiləri meydana çıxacaqlar.
Futbol tariximizə adlarını qızıl hərflərlə yazdıran oyunçuların bir araya gələcəyi bu tədbir həm azarkeşlər üçün nostalji, həm də yeni nəsil üçün ilham mənbəyi olacaq. Görüş 19 may saat 20:00-da start götürəcək.





