EvİdmanAzərbaycan futbolunun əfsanələri “Legends Cup” matçında qarşılaşacaq

Azərbaycan futbolunun əfsanələri “Legends Cup” matçında qarşılaşacaq

19 may tarixində Bakıda yerləşən Milli Gimnastika Arenasında futbolsevərləri nostalji dolu axşam gözləyir. Azərbaycan Mini-Futbol Federasiyasının (AMF) təşkilatçılığı ilə ölkə futbol tarixinin tanınmış simaları “Legends Cup” adlı yoldaşlıq matçında üz-üzə gələcək.

AMF-in mətbuat xidmətinə istinadən daylinews-az.com xəbər verir ki, bu simvolik qarşılaşmada “Neftçi-2000” komandasının sabiq oyunçuları ilə Premyer Liqa komandalarının keçmiş və hazırkı məşqçiləri meydana çıxacaqlar.

Futbol tariximizə adlarını qızıl hərflərlə yazdıran oyunçuların bir araya gələcəyi bu tədbir həm azarkeşlər üçün nostalji, həm də yeni nəsil üçün ilham mənbəyi olacaq. Görüş 19 may saat 20:00-da start götürəcək.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər