31 may tarixindən etibarən Bakı – Qəbələ – Bakı marşrutu üzrə sərnişin qatarlarının hərəkət cədvəli həftəsonları üçün yenidən aktivləşdirilir. Bu barədə məlumatı Daylinews-Az “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadla yayıb.
Məlumata görə, qatar hər şənbə və bazar günləri olmaqla iki istiqamətdə fəaliyyət göstərəcək:
- Bakıdan Qəbələyə – saat 07:30-da Bakı Dəmiryolu Vağzalından yola düşəcək
- Qəbələdən Bakıya – saat 19:00-da Qəbələ stansiyasından hərəkət edəcək
Bu dəyişiklik həm turizm mövsümünün aktivləşməsi, həm də bölgəyə olan artan maraq fonunda sərnişinlərin rahatlığını təmin etməyə yönəlib.





