Səhər yeməyi günün ən vacib qidası hesab olunur. Bu qida gün ərzində enerjimizə, diqqətimizə və ümumi sağlamlığımıza təsir göstərir. Amma bir çoxumuz səhər nə yemək lazım olduğunu bilmirik. Bəzi məhsullar səhər üçün tamamilə uyğun deyil və hətta sağlamlığa zərər vura bilər.
1. Qəhvə — acqarına zərərli vərdiş
Əksəriyyət səhər yuxulu oyanır və enerjini artırmaq üçün qəhvə içməyə üstünlük verir. Amma acqarına içilən qəhvə mədənin selikli qişasını qıcıqlandırır, mədə turşusunun ifrazını artırır və ödün ifrazına səbəb olur. Nəticədə yanma hissi, ağrılar və uzunmüddətli olaraq — qastrit və ya mədə xorası inkişaf edə bilər. Qəhvə yalnız qida qəbulundan sonra içilməlidir.
2. Sitrus meyvələri — mədə üçün turşu bombası
Portağal və qreypfrut kimi meyvələr və onların şirələri səhərlər qastrit riskini artırır. Onlarda olan turşular mədə divarını aşındırır. Xüsusilə yüksək turşuluğu və ya xroniki qastriti olanlar bu meyvələrdən acqarına çəkinməlidirlər.
3. Təzə tərəvəz və meyvələr — hamısı faydalı deyil
Təzə tərəvəzlər sağlamlıq rəmzi sayılsa da, səhər yeməyində bəzilərindən uzaq durmaq lazımdır:
- Xiyar, kələm, bibər — mədədə qıcıq yarada bilər
- Pomidor — tərkibindəki tanin turşusu mədə turşusunu artırır və xora riskini yüksəldir
4. Şirniyyat — sürətli enerji, ani tükənmə
Şirin kruassan, kekslər və ya peçenyelərlə səhər yeməyi sizi tez bir zamanda yorğun edə bilər. Orqanizm hələ oyanmamışkən pankreas şəkəri emal etməkdə çətinlik çəkir. Nəticədə — qanda şəkər səviyyəsi kəskin qalxır, sonra isə enərək yorğunluq, halsızlıq yaradır.
5. Mağaza yoqurtları — reklamla reallıq arasında fərq
Reklamlar yoqurtu ideal səhər yeməyi kimi təqdim etsə də, onların tərkibində çox zaman çoxlu şəkər, ətirvericilər və qatqılar olur. Bu məhsullar bədəndə selik əmələ gətirir və immun sisteminə mənfi təsir göstərə bilər.
6. Smoothie — təkbaşına kifayət deyil
Təkcə meyvəli smuzi içməklə səhər yeməyi etmək düzgün deyil. Tərkibindəki şəkər səbəbilə əvvəlcə enerji verər, amma qısa müddət sonra aclıq hissi yaranar. Nəticədə — səhərdən artıq kalori qəbul edilə bilər.
7. Zülal barları — sağlam görünür, amma…
Zülal barları çox zaman “fitnes yeməyi” kimi təqdim olunur. Amma onların əksəriyyəti sadəcə şəkərlə doludur və real zülal miqdarı çox azdır. Belə məhsullar enerji versə də, doyurucu deyil və balanssız qidalanmaya səbəb olur.
Nəticə: Səhər yeməyi yalnız mədəni doldurmaq üçün deyil, günə balanslı başlamaq üçündür. Acqarına kəskin, turşu və şəkərli qidalardan uzaq durun. Ən yaxşı seçim — kompleks karbohidratlar, protein və sağlam yağların qarışığıdır: məsələn, yumurta, yulaf, avokado, pendir və ya tam taxıllı çörəklə hazırlanmış sandviç.





