EvTurizm"İrAero" və "Wizz Air" Gəbələni Moskva və Əbu-Dabi ilə birləşdirəcək

“İrAero” və “Wizz Air” Gəbələni Moskva və Əbu-Dabi ilə birləşdirəcək

İyulun 2-dən etibarən Rusiyanın “İrAero” aviaşirkəti Moskva–Gəbələ–Moskva marşrutu üzrə birbaşa aviareyslərə başlayacaq.

Daylinews-az.com Rusiya mediasına istinadən xəbər verir ki, uçuşlar həftədə bir dəfə – çərşənbə günləri həyata keçiriləcək. Marşrut üzrə “Sukhoi Superjet 100” (SSJ-100) təyyarələri istifadə olunacaq.

Domodedovo hava limanından yola düşmə saatı 11:00-da, Gəbələyə eniş isə 15:20-də nəzərdə tutulub. Geri dönüş reysi həmin gün saat 16:20-də Gəbələdən qalxacaq və 18:40-da Moskvaya çatacaq.

Uçuşlar sentyabrın 10-dək davam edəcək.

Gəbələyə ikinci beynəlxalq marşrut — Əbu-Dabi

Bundan əlavə, iyunun 19-dan Macarıstanın “Wizz Air” aviaşirkəti də Əbu-Dabi–Gəbələ istiqamətində reyslərə start verəcək. Bu marşrutla Gəbələnin beynəlxalq hava əlaqələri genişlənir.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər