İyulun 2-dən etibarən Rusiyanın “İrAero” aviaşirkəti Moskva–Gəbələ–Moskva marşrutu üzrə birbaşa aviareyslərə başlayacaq.
Daylinews-az.com Rusiya mediasına istinadən xəbər verir ki, uçuşlar həftədə bir dəfə – çərşənbə günləri həyata keçiriləcək. Marşrut üzrə “Sukhoi Superjet 100” (SSJ-100) təyyarələri istifadə olunacaq.
Domodedovo hava limanından yola düşmə saatı 11:00-da, Gəbələyə eniş isə 15:20-də nəzərdə tutulub. Geri dönüş reysi həmin gün saat 16:20-də Gəbələdən qalxacaq və 18:40-da Moskvaya çatacaq.
Uçuşlar sentyabrın 10-dək davam edəcək.
Gəbələyə ikinci beynəlxalq marşrut — Əbu-Dabi
Bundan əlavə, iyunun 19-dan Macarıstanın “Wizz Air” aviaşirkəti də Əbu-Dabi–Gəbələ istiqamətində reyslərə start verəcək. Bu marşrutla Gəbələnin beynəlxalq hava əlaqələri genişlənir.





