Azərbaycanda zəlzələ baş verib. Bu barədə Daylinews-az.com Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosuna istinadla xəbər verir. Hadisə bu gün səhər saatlarında — saat 07:51-də Lənkəran seysmoloji stansiyasından 17 km qərbdə, Lerik rayonu ərazisində qeydə alınıb.
Məlumata əsasən:
- Zəlzələnin maqnitudası: 3.6 bal
- Zəlzələnin dərinliyi: 15 km
Hazırda tələfat və dağıntılar barədə məlumat yoxdur.





