Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Bakı Enerji Həftəsi çərçivəsində keçirilən bir sıra beynəlxalq tədbirlərin rəsmi açılış mərasimində iştirak edib.
Daylinews-az.com xəbər verir ki, dövlət başçısı 30-cu yubiley Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi (Caspian Oil and Gas), 13-cü “Xəzər Energetika və Yaşıl Enerji” sərgisi (Caspian Power) və 30-cu Bakı Enerji Forumunun (Baku Energy Forum) rəsmi açılışında çıxış edib.
Mərasim Baku Expo Center sərgi kompleksində baş tutub.
Prezident İlham Əliyev çıxışından sonra sərgi pavilyonları ilə tanış olub, yerli və xarici şirkətlərin təqdim etdiyi innovativ texnologiyalarla maraqlanıb.
Qeyd edək ki, Bakı Enerji Həftəsi regionun enerji sahəsində ən böyük və ən nüfuzlu platformalarından biri sayılır. Həftə çərçivəsində bir sıra yüksək səviyyəli müzakirələr, beynəlxalq əməkdaşlıq təşəbbüsləri və texnoloji təqdimatlar gözlənilir.





