EvİdmanUFC Fight Night Bakı: Turnirin bütün detalları açıqlandı – Azarkeşləri 21 iyunda...

UFC Fight Night Bakı: Turnirin bütün detalları açıqlandı – Azarkeşləri 21 iyunda möhtəşəm döyüşlər gözləyir

Azərbaycan UFC tarixində ilk dəfə ev sahibi olacaq – 12 döyüş, 3 yerli idmançı və dünya səviyyəli qarşılaşmalar Baku Crystall Hall-da

21 iyun tarixində UFC Fight Night turniri ilk dəfə Bakıda keçiriləcək. Daylinews-az.com xəbər verir ki, yarış Baku Crystall Hall arenasında baş tutacaq və ümumilikdə 12 döyüş nəzərdə tutulub: 6-sı əsas, 6-sı isə ilkin qarşılaşmalar olacaq.

Döyüş vaxtları

  • İlkin kart – saat 20:00-dan
  • Əsas kart – saat 23:00-dan

Azərbaycanlı döyüşçülər səhnədə

Bu tarixi UFC gecəsində 3 azərbaycanlı döyüşçü yerli azarkeşlərin qarşısına çıxacaq:

  • Rafael Fizieev
  • Nazim Sadıxov
  • Tofiq Musayev (UFC-də debüt edir)

İlkin kart (saat 20:00-dan)

  1. İrina Alekseeva (Rusiya) vs Klaudiya Siqula (Polşa) – Yarı yüngül çəki
  2. Sok Hyon Ko (Cənubi Koreya) vs Oban Elliott (Uels) – Yarı orta çəki
  3. Hamdi Abdel Vahab (Misir) vs Muhammed Usman (Nigeriya) – Ağır çəki
  4. Melisa Mallins (İngiltərə) vs Darya Jeleznyakova (Rusiya) – Yarı yüngül çəki
  5. İsmayıl Naurdiyev (Mərakeş) vs Pak Çun Yon (Cənubi Koreya) – Orta çəki
  6. Tagir Ulanbekov (Rusiya) vs Maksum Azat (Qazaxıstan) – Ən yüngül çəki

Əsas kart (saat 23:00-dan)

  1. Məhəmməd Naimov (Tacikistan) vs Boqdan Grad (Avstriya) – Yarı yüngül çəki
  2. Nazim Sadıxov (Azərbaycan) vs Nikolas Motta (Braziliya) – Yüngül çəki
  3. Körtes Bleyds (ABŞ) vs Rizvan Kuniyev (Rusiya) – Ağır çəki
  4. Tofiq Musayev (Azərbaycan) vs Mıqtıbek Orolbay (Qırğızıstan) – Yüngül çəki
  5. Rafael Fizieev (Azərbaycan) vs İqnasio Baxamondes (Çili) – Yüngül çəki
  6. Jamal Hill (ABŞ) vs Xalil Rauntree C. (ABŞ) – Yarı ağır çəki

Azərbaycanlı döyüşçülərin iştirakı və UFC-nin Bakıya gəlməsi ölkədə MMA idmanına olan marağı daha da artıracaq.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər