Şimali Atlantika Alyansına (NATO) üzv ölkələrin müdafiə nazirləri soyuq müharibədən bu yana ən genişmiqyaslı silahlanma proqramını təsdiqləyib.
Daylinews-az.com DPA agentliyinə istinadən xəbər verir ki, qəbul olunan plan yaxın illərdə NATO-nun müdafiə və caydırıcılıq qabiliyyətinin əhəmiyyətli şəkildə artırılmasını nəzərdə tutur. Agentliyin qeyd etdiyinə görə, bu addım Alyansın Rusiyadan qaynaqlandığı bildirilən təhlükəyə cavabıdır.
Təfərrüatlar açıqlanmayıb
Hazırda proqramın konkret detalları açıqlanmasa da, NATO-nun təhlükəsizlik və müdafiə potensialını köklü şəkildə artırmaq niyyətində olduğu vurğulanır.
Brüsseldə NATO müdafiə nazirləri toplanıb
Nazirlərin toplantısı bu gün Brüsseldə keçirilir. Toplantıya gələn zaman ABŞ müdafiə naziri Pit Hegset bəyan edib ki, NATO ölkələri Alyansın müdafiə qabiliyyətinin gücləndirilməsində daha fəal rol oynamalıdır:
“NATO üzvləri bu istiqamətdə yalnız ABŞ-a güvənməməli, öz töhfələrini də verməlidirlər. Vaşinqton müttəfiqlərə dəstək verməyə hazırdır, amma bu, qarşılıqlı səylərlə mümkündür.”





