EvTexnologiyalarOpenAI yayda ChatGPT-5 modelini təqdim etməyə hazırlaşır: nə gözlənilir?

OpenAI yayda ChatGPT-5 modelini təqdim etməyə hazırlaşır: nə gözlənilir?

Dünyanın süni intellekt liderlərindən biri olan OpenAI şirkəti GPT-5 adlı növbəti nəsil dil modelini 2025-ci ilin iyul ayında ictimaiyyətə təqdim etməyə hazırlaşır. Rəsmi tarix hələ təsdiqlənməsə də, bir neçə etibarlı mənbə bu yay təqdimatın baş tutacağını bildirir.

Yol xəritəsi: GPT-4.5-dən GPT-5-ə

Şirkətin rəhbəri Sem Altman bu ilin fevralında verdiyi açıqlamada GPT-5-in “bir neçə ay ərzində” təqdim olunacağını bildirmişdi. Fevralda GPT-4.5 “Orion” modelinin, mayda isə GPT-4.1-in çıxışı bu fikri təsdiqləyən addımlar kimi qiymətləndirilir.

GPT-5 nələri dəyişəcək?

Yeni modelin OpenAI daxilində və testçi icmalar arasında böyük maraqla qarşılandığı bildirilir. Tanınmış texnoinsayder @chetaslua-nın sözlərinə görə, GPT-5 artıq daxili testlərdə əvvəlki versiyaları geridə qoyur və aşağıdakı sahələrdə nəzərəçarpacaq irəliləyiş göstərir:

  • Dəqiqlik və sürət
  • Məntiqi tapşırıqların həlli
  • Multimodal imkanlar (mətn, şəkil və səs)
  • Uzunmüddətli yaddaş və istifadəçi kontekstinin saxlanması

Əsas gözləntilər aşağıdakılardır:

  1. Tam multimodallıq – Ayrı-ayrı versiyalar olmadan mətn, şəkil və səsi eyni model emal edəcək.
  2. Davamlı yaddaş – Model istifadəçini və əvvəlki söhbətləri yadda saxlayacaq.
  3. Azaldılmış “halüsinasiyalar” – Yəni modelin yanlış və uydurma cavablar verməsi minimuma endiriləcək.
  4. Modulların birləşməsi – Kod, görüntü və veb oxuma imkanları vahid sistemdə birləşdiriləcək.

AGI-yə (Ümumi Süni İntellekt) doğru növbəti addım

OpenAI GPT-5-i sadəcə yeni bir dil modeli kimi deyil, süni intellektin daha müstəqil işləyə biləcəyi bir platforma – avtonom agentlər üçün baza kimi təqdim etməyi planlaşdırır. Şirkət bu məhsulu bazara təqdim etməklə rəqibləri olan Anthropic, Meta və xAI ilə yarışda mövqeyini möhkəmləndirmək istəyir.

ChatGPT-nin gələcəyi: internetin universal interfeysi

OpenAI-nin sızan daxili sənədinə əsasən, şirkətin məqsədi ChatGPT-ni internetlə qarşılıqlı əlaqədə universal interfeysə çevirməkdir. Bu, həm gündəlik, həm də peşəkar işlərdə istifadəçiyə yardım etməyi nəzərdə tutur.

Qeyd edək ki, bəzi forumlarda istifadəçilər ChatGPT-nin cavablarını şəxsi “açılışlar” kimi qəbul etdiklərini bildirirlər. Bu isə bəzi hallarda təhlükəli psixoloji asılılığa səbəb olur – münasibətlərin pozulması, sosial təcrid və reallıqla əlaqənin itirilməsi hallarına yol açır.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər