Prezident İlham Əliyev sosial müavinətlərin, Prezident təqaüdlərinin və fəxri adlara görə aylıq təqaüdlərin artırılması haqqında Fərman imzalayıb. Fərmana əsasən, 2025-ci il iyulun 1-dən etibarən yeni məbləğlər qüvvəyə minəcək.
Daylinews-az.com xəbər verir ki, sənədə əsasən, əlilliyi olan şəxslər, aztəminatlı ailələr, şəhid ailələri və bir sıra digər sosial qruplar üzrə ödənişlər artırılıb.
Sosial müavinətlərin yeni məbləği (aylıq olaraq):
- Əlillik dərəcəsinə görə:
- 81-100% pozulma: 300 manat
- 61-80% pozulma: 250 manat
- 31-60% pozulma: 180 manat
- Ailə başçısını itirməyə görə: 140 manat
- Hərbi qulluqçuların uşaqlarına: 140 manat
- Valideynsiz uşaqlara qəyyumluğa görə: 140 manat
- 1 yaşadək uşağı olan aztəminatlı ailələrə: hər uşaq üçün 140 manat
- Beş və daha çox uşağı olan qadınlara: hər uşaq üçün 140 manat
- Övladlığa götürülən uşağa görə: 240 manat
- Əlilliyi olan uşağa qulluq (0–6 yaş): 500 manat
- Əlilliyi olan uşağa qulluq (7–13 yaş): 600 manat
- Əlilliyi olan uşağa qulluq (14–18 yaş): 650 manat
- Uşağın anadan olmasına görə birdəfəlik ödəniş: 600 manat
- Dəfn üçün müavinət: 600 manat
Prezident təqaüdlərinin yeni məbləğləri:
- Vətən Müharibəsi Qəhrəmanı: 2200 manat
- Milli Qəhrəman: 2000 manat
- Şəhid ailəsi: 700 manat
- 20 Yanvar şəhidinin ailəsi: 700 manat
- Əfqanıstan müharibəsi iştirakçılarının ailəsi: 700 manat
- Müharibə və 20 Yanvar hadisələri ilə bağlı əlilliyi olanlara:
- 81-100% pozulma: 600 manat
- 61-80% pozulma: 500 manat
- 31-60% pozulma: 400 manat
- Əlilliyi olan şəxslərə qulluq edənlərə: 120 manat
- Göz qüsurlu şəxslərə (81–100%): 350 manat
- Digər hallarda (81–100%): 250 manat
Fəxri adlara görə təqaüdlər:
- Xalq artisti, yazıçısı, şairi, rəssamı: 300 manat
- Əməkdar adlar üzrə təqaüdlər: 200 manat
Həmçinin bir çox əvvəlki fərman və sərəncamlara uyğun olaraq, köhnə məbləğlər yeni rəqəmlərlə əvəz edilib. Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələlərin hüquqi və inzibati həllini təmin etmək tapşırılıb.





