EvCəmiyyətQarpızdan zəhərlənmə: İki ayda 8 nəfər tibbi yardıma müraciət edib

Qarpızdan zəhərlənmə: İki ayda 8 nəfər tibbi yardıma müraciət edib

Qarpız mövsümünün hələ tam başlamamasına baxmayaraq, bazarlarda bu məhsulun satışında artım müşahidə olunur. Lakin vaxtından əvvəl yetişdirilən və uyğun olmayan şəraitdə saxlanılan qarpızlar insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər.

Son günlərdə mətbuatda qarpızdan zəhərlənmə hallarının baş verməsi ilə bağlı xəbərlər yayılıb.

Daylinews-az.com xəbər verir ki, məsələ ilə əlaqədar Modern.az saytının sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat xidməti rəsmi açıqlama yayıb. Məlumata görə, cari ilin may və iyun ayları ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə qarpızdan zəhərlənmə diaqnozu ilə 8 nəfər müraciət edib.

Qurumdan bildirilib: “Hər birinə ilkin tibbi yardım göstərilib, ölüm halı qeydə alınmayıb.”

Mütəxəssislər və həkimlər vətəndaşlara yalnız etibarlı mənbələrdən alınmış, mövsümündə yetişdirilmiş qarpızları istehlak etməyi tövsiyə edirlər.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər