EvHadisəİsmayıllıda motel yanıb – 3-cü mərtəbə tamamilə külə döndü

İsmayıllıda motel yanıb – 3-cü mərtəbə tamamilə külə döndü

İsmayıllı rayonunun Gəndov kəndində yerləşən “Family” adlı motel ciddi yanğınla üzləşib.

Daylinews-az.com xəbər verir ki, hadisə ötən gecə baş verib. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, ümumi sahəsi 1575 m² olan, hər mərtəbəsi və mansardı 525 m² təşkil edən 7 otaqlı, çoxmərtəbəli binanın bir hissəsi alova bürünüb.

Hadisə yerinə İsmayıllı Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub. Nəticədə Qəhrəmanov Nəsib Bahadır oğluna məxsus üçmərtəbəli otelin 3-cü mərtəbəsi, yəni 525 kvadratmetr sahəsi içərisindəki əşyalarla birlikdə tamamilə yanıb.

Motelin digər hissəsi yanğından mühafizə olunub və hadisə nəticəsində xəsarət alan olmayıb. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər