Azərbaycanlı zəvvarlar müqəddəs Həcc ziyarətini başa vuraraq vətənə dönüş yolundadırlar.
Daylinews-az.com xəbər verir ki, bu barədə “Report”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, eyni zamanda Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib.
Onun sözlərinə görə, zəvvarların qayıdışı artıq başlayıb və ziyarət iştirakçıları mərhələli şəkildə Azərbaycana qayıdırlar.
Xatırladaq ki, Həcc səfərinə Azərbaycandan ilk qrup mayın 25-də yola düşmüşdü. Bu il zəvvarlar üçün 1 250 kvota ayrılıb və ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edib.





