EvDinHəcc ziyarətindən qayıdan azərbaycanlı zəvvarlar yoldadır

Həcc ziyarətindən qayıdan azərbaycanlı zəvvarlar yoldadır

Azərbaycanlı zəvvarlar müqəddəs Həcc ziyarətini başa vuraraq vətənə dönüş yolundadırlar.

Daylinews-az.com xəbər verir ki, bu barədə “Report”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, eyni zamanda Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, zəvvarların qayıdışı artıq başlayıb və ziyarət iştirakçıları mərhələli şəkildə Azərbaycana qayıdırlar.

Xatırladaq ki, Həcc səfərinə Azərbaycandan ilk qrup mayın 25-də yola düşmüşdü. Bu il zəvvarlar üçün 1 250 kvota ayrılıb və ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edib.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər