Yaxın Şərqdə son vaxtlar baş verən hadisələr və bölgədə hava məkanlarının bağlanması səbəbindən “Azərbaycan Hava Yolları” QSC (AZAL) bu gün üçün nəzərdə tutulan bir neçə reysi ləğv edib.
AZAL-ın məlumatına görə, aşağıdakı istiqamətlər üzrə reyslər həyata keçirilməyəcək:
Bu gün ləğv olunan reyslər:
- Bakı – Dammam – Bakı (J2 8205/8206)
- Bakı – Bəhreyn – Bakı (J2 505/506)
- Bakı – Ər-Riyad – Bakı (J2 8203/8204)
- Bakı – Lahor – Bakı (J2 145/146)
Müvəqqəti dayandırılan reyslər:
- Bakı – Təl-Əviv – Bakı: 18 iyun – 30 iyun tarixlərində
- Bakı – Tehran – Bakı: 19 iyun – 30 iyun tarixlərində
AZAL bildirir ki, ləğv edilmiş və ya müvəqqəti dayandırılmış reyslər üzrə bilet almış sərnişinlər aşağıdakı hüquqlara malikdirlər:
- Ödənişin tam geri qaytarılması
- Biletlərin cəriməsiz dəyişdirilməsi
Sərnişinlər bu məqsədlə [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.





