İsrailin 13 iyun tarixindən başlayaraq İrana endirdiyi hava hücumları nəticəsində qadın və uşaqlar arasında ciddi insan tələfatı qeydə alınıb.
Daylinews-az.com xəbər verir ki, bu barədə məlumatı İran hökumətinin rəsmi nümayəndəsi Fatimə Məhəcərani “NourNews” agentliyinə açıqlayıb. “Son günlərdə 153 qadın və uşaq yaralanıb, 48 nəfər isə həlak olub”, – deyə o bildirib.
Rəsmi mənbələr bildirir ki, hava zərbələri mülki əhali arasında xüsusilə qadın və uşaqlar üçün ağır nəticələr doğurub. Hücumların humanitar fəsadları ilə bağlı araşdırmalar davam edir.





