EvDünyaİranda İsrailin hava zərbələri nəticəsində 50-yə yaxın qadın və uşaq həlak olub

İranda İsrailin hava zərbələri nəticəsində 50-yə yaxın qadın və uşaq həlak olub

İsrailin 13 iyun tarixindən başlayaraq İrana endirdiyi hava hücumları nəticəsində qadın və uşaqlar arasında ciddi insan tələfatı qeydə alınıb.

Daylinews-az.com xəbər verir ki, bu barədə məlumatı İran hökumətinin rəsmi nümayəndəsi Fatimə Məhəcərani “NourNews” agentliyinə açıqlayıb. “Son günlərdə 153 qadın və uşaq yaralanıb, 48 nəfər isə həlak olub”, – deyə o bildirib.

Rəsmi mənbələr bildirir ki, hava zərbələri mülki əhali arasında xüsusilə qadın və uşaqlar üçün ağır nəticələr doğurub. Hücumların humanitar fəsadları ilə bağlı araşdırmalar davam edir.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər