EvİqtisadiyyatSabah Cəlilabadın 25 kəndində qaz təchizatı dayandırılacaq

Sabah Cəlilabadın 25 kəndində qaz təchizatı dayandırılacaq

İyunun 24-də Cəlilabad rayonunun 25 yaşayış məntəqəsində təbii qazın verilişində müvəqqəti fasilə yaranacaq.

Daylinews-az.com-un Muğan bürosunun məlumatına görə, həmin gün saat 09:00-dan etibarən aparılacaq təmir və texniki işlər başa çatanadək kəndlər qazsız qalacaq.

Qaz təchizatında fasilə yaranacaq yaşayış məntəqələri bunlardır: Günəşli, Alar, Təzəkənd, Üçtəpə, Cəfərxanlı, Qarazəncir, Ocaqlı, Sabirabad, Əliqasımlı, Bədirli, Babaxanlı, Gülməmmədli, Məmmədcanlı, Ətcələr, Şabanlı, İnili, Qasımbəyli, Təklə, Abazallı, Babalı, Cəlayir, Şiləvəngə, Adnalı və Abışabad kəndləri.

Bu tədbir nəticəsində ümumilikdə 11 min 580 abonentin qazla təminatında fasilə yaranacaq.

Əlaqəli Məqalələr

Populyar Xəbərlər