Azərbaycanda unun topdansatış qiymətləri yenilənib.
Daylinews-az.com xəbər verir ki, iyunun 23-nə olan vəziyyətə görə, ölkədəki un istehsalçılarının topdansatış məntəqələrində 50 kiloqramlıq un kisəsinin qiyməti 26,6 manatdan 28,2 manata qədər dəyişir. Bakı və Abşeron rayonu üzrə bu qiymət 27-27,8 manat civarında qeydə alınıb.
Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyinin məlumatına əsasən, ən aşağı qiymət 26,6 manatla Şabran rayonunda, ən yüksək qiymət isə 28,2 manatla Gəncə şəhərində müşahidə olunub.
Qeyd edək ki, iyunun 21-də də analoji qiymət aralığı qeydə alınmışdı – 26,6-28,2 manat, Bakı və Abşeronda isə 27-27,5 manat civarında dəyişmişdi. Qiymətlərdə cüzi artım əsasən Abşeron rayonu üzrə müşahidə olunub.





