Paytaxtda baş vermiş yol-nəqliyyat hadisəsi insan itkisi ilə nəticələnib. Daylinews-az.com “Report”a istinadən xəbər verir ki, Rövşən Mövlud oğlu İsmayılov, idarə etdiyi “Mercedes Axor” markalı yük avtomobili ilə Binəqədi rayonu ərazisində — şəhid Nicat Mustafayev küçəsində hərəkətdə olarkən, yolu keçmək istəyən Səbuhə Kəmaləddin qızı Mahmudovanı vurub.
Ağır xəsarətlər alan qadının həyatını xilas etmək mümkün olmayıb — o, hadisə yerində dünyasını dəyişib. Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb, sürücünün hərəkətlərinə hüquqi qiymət veriləcək.





