2026-cı il Formula 1 təqvimindəki Azərbaycan Qran-Prisi əvvəlcədən planlaşdırıldığı kimi bazar günü deyil, şənbə günü – sentyabrın 26-da baş tutacaq.
Daylinews-az.com xəbər verir ki, bu dəyişiklik Azərbaycanın Anım Günü ilə əlaqədardır. Yarışın əvvəlcə sentyabrın 27-nə təyin olunduğu bildirilsə də, tarixi ehtiram naminə bir gün önə çəkilib.
Formula 1-də şənbə yarışı – nadir hal
Formula 1-də yarışların ənənəvi olaraq bazar günü keçirildiyi məlumdur. Lakin son illərdə şənbə yarışları çox nadir hallarda baş verir:
- 2023: Las Veqas Qran-Prisi – 1985-ci ildən sonra şənbə günü keçirilən ilk yarış
- 2024: Bəhreyn və Səudiyyə Ərəbistanı Qran-Priləri – Ramazan ayı səbəbilə şənbə günü baş tutub
- 2026: Azərbaycan Qran-Prisi və Las Veqas Qran-Prisi – ilin iki şənbə yarışı olacaq
Bu qərarla Bakı 2023-cü ildən bəri şənbə günü keçiriləcək dördüncü Formula 1 yarışı ilə tarixə düşəcək.





